Borrell və Abdullahian Qəzzadakı vəziyyəti müzakirə edib

2023/12/87-1701689484.jpg
Oxunub: 8384     15:25     04 Dekabr 2023    
Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi "X" hesabında bildirib.

Onun sözlərinə görə, İran XİN rəhbəri ilə Qəzzadakı və İordan çayının qərb sahilindəki vəziyyət müzakirə olunub.

"Həll yolu yalnız iki dövlətə əsaslanan siyasi həll ola bilər. Biz münaqişənin regiona yayılmasının qarşısını almalıyıq. İranı öz təsirindən istifadə etməyə və regionda gərginliyin qarşısını almaq üçün fəal işləməyə çağırdım", - Borrell paylaşımında bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Borrell   Abdullahian  


Bizi "telegram"da izləyin