Ağ Ev ABŞ-nin Ukraynaya yardım üçün resurslarının tükənəcəyi barədə xəbərdarlıq edib

2023/11/1699507426.jpg
Oxunub: 1582     14:52     04 Dekabr 2023    
Ağ Evin İdarəetmə və Büdcə Departamentinin rəhbəri Şalanda Yanq ABŞ-nin bu ilin sonuna qədər Ukraynaya yardım üçün resurslarının tamamilə tükənəcəyi barədə xəbərdarlıq edib.

Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, o, bu barədə Konqresə məktub göndərib.

“Bizim bu vəziyyətin öhdəsindən gəlmək üçün sehrli bir maliyyə qazanımız yoxdur. Pulumuz da, demək olar, vaxtımızda tükənib”, - o bildirib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin