ABŞ, Böyük Britaniya və Avstraliya üçtərəfli müdafiə sahəsində əməkdaşlıq imkanlarını artırdıqlarını bəyan ediblər

2023/12/2023--1701680906.jpg
Oxunub: 8538     17:58     04 Dekabr 2023    
ABŞ-nin müdafiə naziri Lloyd Ostin Böyük Britaniyalı həmkarı Qrant Şapps və Avstraliyanın Baş nazirinin müavini və müdafiə naziri Riçard Donald Marles ilə Birləşmiş Ştatların Kaliforniya ştatının Mauntin-Vyu şəhərində keçirilən AUKUS Müdafiə Nazirləri Toplantısında görüşüb.

Ordu.az xəbər verir ki, görüşdən sonra ABŞ Müdafiə Nazirliyi tərəfindən verilən yazılı açıqlamada su altında və səthdə istifadə edilən dəniz dronları ilə bağlı olduqları sonar mənzilin genişləndirilməsini təmin edən “sonobuoy”lar vasitəsilə kəşfiyyat məlumatlarının toplanması və paylaşılmasını ehtiva edən hərbi təlimlərin təşkili barədə qərar qəbul edildiyi bildirilib.

Açıqlamada həmçinin “sonobuoy”lardan toplanan məlumatların sürətli işlənməsini təmin etmək üçün Süni Zəkadan (SZ) istifadənin artırılacağı və üç ölkənin ərazi sularında yeni radar zonalarının yaradılacağı bildirilib.

Açıqlamada Avstraliya Hərbi Dəniz Qüvvələrindən bəzi səlahiyyətlilərin ABŞ və Britaniyadakı hərbi məktəblərdə nüvə enerjisi təhsili tamamladığı və təhsilini tamamlayanların sayının önümüzdəki aylarda artacağı bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avstraliya  


Bizi "telegram"da izləyin