Türkiyənin yüngül sursat ehtiyacını qarşılayacaq “Mite Defence” seriyalı istehsala başlayıb

2023/12/2023--1701679812.jpg
Oxunub: 6870     16:06     04 Dekabr 2023    
Türkiyənin yüngül silah-sursat ehtiyacını yerli imkanlarla qarşılamaq üçün qurulan və ölkə iqtisadiyyatına hər il 80 milyon avro qazandırması planlaşdırılan “Mite Defence” mərmi fabriki kütləvi istehsala başlayıb.

Ordu.az xəbər verir ki, Çorum Sungurlu Mütəşəkkil Sənaye Bölgəsində 404 min kvadratmetr açıq sahəsi və 30 min kvadratmetr qapalı sahəsi olan obyektin təməli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2022-ci il avqustun 13-də qoyulub.

Türkiyənin ən böyük müdafiə sənayesi sərmayələrindən biri olan və təməli qoyulan müəssisədə sınaq istehsalı uğurla başa çatdıqdan sonra 9,19 millimetrlik mərmilərin seriyalı istehsalına başlanılıb.

“Mite Defence” baş direktoru Fatih Doğan bildirib ki, istehsal tam gücünə çatdıqdan sonra Türkiyənin yüngül sursat ehtiyacını qarşılayacaqlar və Türkiyə bu sahədə bazardan istehsalçıya keçəcək.

Doğan müəssisədə üç fərqli çapda mərmi istehsal edəcəklərini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Mite-Defence  


Bizi "telegram"da izləyin