ASELSAN öz innovativ həllərini Kolumbiyada keçirilən müdafiə sərgisində nümayiş etdirəcək

2023/12/2023--1701679718.jpg
Oxunub: 2024     15:47     04 Dekabr 2023    
ASELSAN 5-7 dekabr tarixləri arasında Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcək “Expodefensa 2023” beynəlxalq müdafiə sərgisində iştirak edəcək.

Ordu.az xəbər verir ki, D50 nömrəli stenddə qonaqlarını qəbul edəcək ASELSAN sərgi çərçivəsində müxtəlif görüşlər keçirəcək.

Şirkət öz innovativ həllərini 3 günlük “Expodefensa 2023” sərgisində nümayiş etdirəcək.

Latın Amerikası və Karib hövzəsinin ən böyük sərgilərindən biri olan “Expodefensa” 2009-cu ildən bu yana iki ildən bir keçirilir və regionun ən mühüm müdafiə sənayesi sərgilərindən biridir.

Sonuncu dəfə 2021-ci ildə keçirilən sərgiyə Türkiyədən STM, ASELSAN, MKE və “Otokar” qatılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   STM   ASELSAN  


Bizi "telegram"da izləyin