Dünyanın ən böyük 100 müdafiə sənayesi şirkəti açıqlanıb, siyahıda 4 Türkiyə şirkəti var

2023/12/2023--1701679397.jpg
Oxunub: 7968     14:56     04 Dekabr 2023    
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2022-ci ildə ən çox silah və hərbi xidmət satan 100 ən yaxşı müdafiə sənayesi şirkətini açıqlayıb.

Ordu.az xəbər verir ki, siyahıda 4 Türkiyə şirkəti var.

ASELSAN 60-cı, “Baykar” 76-cı, Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) 82-ci, ROKETSAN 100-cü yerdədir.

SIPRI-nin hesabatına görə, ötən il satışlarını ən çox Türkiyə şirkətləri artırıb. Bu şirkətlərin ümumi gəlirləri 5 milyard 500 milyon dollara çatıb ki, bu da 2021-ci illə müqayisədə 22 faiz artım deməkdir.

Hesabatda xüsusilə zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) istehsalı ilə tanınan “Baykar”a diqqət çəkilib. Əvvəlki il 100-cü olan “Baykar” gəlirlərində 94 faizə çatan artımla 76-cı yerə yüksəlib. Bunun siyahıdakı bütün şirkətlər arasında ən sürətli artım tempi olduğu bildirilir.

“Baykar”ın diqqətəlayiq böyümə sürətinin “Bayraktar TB-2” PUA-larının artan satışlarından qaynaqlandığı bildirilərkən, bu PUA-ların müharibə zamanı Ukrayna tərəfindən geniş şəkildə istifadə edildiyinə diqqət çəkilir.

Hesabatda ROKETSAN-ın 2022-ci ildə gəlirlərini 17 faiz, TUSAŞ-ın isə gəlirlərini 14 faiz artıracağı bildirilir.

SIPRI nəticələrinə görə, bu şirkətlər nisbətən daha az mürəkkəb texnologiya tələb edən silahlar istehsal etdikləri üçün artan tələbata uyğun olaraq istehsallarını çox sürətlə artıra bilirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SIPRI   Türkiyə  


Bizi "telegram"da izləyin