Andranik Köçəryan İrəvanda 2 mənzil elan edib, işsiz oğlu 6 milyon dramdan çox qiyməti olan maşın alıb

2023/12/1701677056.jpg
Oxunub: 2173     17:12     04 Dekabr 2023    
Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı, müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın sədri Andranik Köçəryan 2022-ci il üçün əmlakı və gəlirləri haqqında illik bəyannaməni Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təqdim edib.

Ordu.az xəbər verir ki, erməni deputat İrəvanda iki mənzili, 1994 və 2020-ci illərdə aldığı bir qarajı bəyan edib.

Şəxsi mülkiyyətdə olan mənzillərdən biri İrəvanın Arabkir, digəri isə Kanaker-Zeytun inzibati rayonlarında yerləşir. Qaraj Arabkirdə yerləşir.

İlin əvvəlində onun bank hesablarından birində kəsir var idi, kəsir 3 min 651 dollar təşkil edib və bu, ilin sonunda kəsirsiz 9 min 425 dollar olub. Başqa hesabda ilin əvvəlində onun 0 dramı olub, ilin sonunda belə qalıb. Köçəryan ilin əvvəlində üçüncü bank hesabında 1 milyon 758 min 281 dram bəyan edib ki, bu da ilin sonunda 3 milyon 30 min dram olub.

Onun illik gəliri 10 milyon dram 278 min dram olub. Erməni deputatın işləməyən oğlu Vigen Köçəryanın 2022-ci ilin iyununda 6 milyon 230 min dram dəyərində avtomobil alması, eyni zamanda hesabat ilinin sonunda 3 milyon 700 min dram bəyan etməsi xüsusilə əlamətdardır.

Köçəryanın işləməyən həyat yoldaşı isə 3 min dolları nağd şəkildə bəyan edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Deputat  


Bizi "telegram"da izləyin