Ermənistanın polis rəisinin keçmiş müavini: “Paşinyanın heyvani qorxuları var, bütün güclü qüvvələri əlində cəmləşdirməyə çalışır”

2023/12/1701676991.jpg
Oxunub: 3767     16:49     04 Dekabr 2023    
“Nikol Paşinyanın heyvani qorxuları var, ona görə də bütün güclü qüvvələri əlində cəmləşdirməyə, bütün rıçaqları özü üçün saxlamağa çalışır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın polis rəisinin keçmiş müavini Qaqik Hambardzumyan deyib.

Hambardzumyan xatırladıb ki, o zaman müxalifətçi Nikol Paşinyan son konstitusiya dəyişikliklərindən sonra keçmiş hakimiyyəti kəskin tənqid edib və Baş nazir seçilməzdən əvvəl “super Baş nazir kostyumunu çıxartmaq” və səlahiyyətlərini məhdudlaşdırmaq barədə danışıb, indi isə tam əksini edir.

“Əslində burada dərin təhlilə ehtiyac olduğunu düşünmürəm, başqa məqsəd axtarmaq lazım deyil, hər şey çox sadə məntiqlə həyata keçirilir”, - deyə Hambardzumyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin