“Ermənistan hökuməti Azərbaycanla açıq sövdələşmə edib, Qərbin təzyiqi ilə Qarabağı tam şəkildə təhvil verib” - Baqratyan

2021/05/56655-1621580850.jpg
Oxunub: 4794     13:43     04 Dekabr 2023    
“Bizdə Azərbaycandan asılı olan hökumət var və onun nə qədər asılı olduğunu bilmirik”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri, “Azadlıq” partiyasının sədri Hrant Baqratyan deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti Azərbaycanla açıq sövdələşmə edib, Qərbin təzyiqi ilə Qarabağı tam şəkildə təhvil verib.

“Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu, əslində Rusiya sülhməramlılarının hərəkətsiz qaldığını bəyan edəndə növbəti addımın onları oradan qovmaq olacağı artıq bəlli idi. Bunlar xain addımlar adlanan addımlardır. Bu mənada Ermənistan hökuməti Azərbaycan hakimiyyətindən qorxur. Ermənistan hökuməti danışıqlar prosesinə daxil olub, Azərbaycan isə Qarabağı tam şəkildə nəzarət altına alıb, həmçinin “Ermənistandan 800 kvadrat kilometr ərazi”ni nəzarətə götürüb”, - deyə Baqratyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin