FNSS-dən Yeni Nəsil Quru Platformalarında İnqilab| Bu Günün və Gələcəyin Döyüş Ehtiyaclarını Qarşılayacaq Effektiv Həllər

2023/12/Untit-6806683084.jpg
Oxunub: 4692     14:26     05 Dekabr 2023    
Cəbhədəki döyüş elementlərinin xüsusi tapşırıq tələbləri texnologiyadakı irəliləyişlər, müharibə və təhlükəsizlik təhdidlərindəki dəyişikliklər və inkişaf edən hərbi doktrinalar da daxil olmaqla müxtəlif amillərlə yenidən formalaşdırılır. Bu inkişaflar zirehli əməliyyat, amfibiya əməliyyatı, mobil atəş dəstəyi, yarma əməliyyatı, zirehli kəşfiyyat, ərazi üstünlüyü, yaşayış məntəqəsi əməliyyatı, sərhədyanı əməliyyat, istehkam, maneələri keçmə, logistik dəstək, texniki xidmət və xilasetmə kimi çox əhatəli əməliyyatlara və platformalara uyğunlaşdırılan texnologiyalar ilə birlikdə yeni strategiya və doktrinaların ortaya çıxmasına imkan verir.

FNSS ön cəbhədə döyüş elementlərində xidmət etmək üçün nəzərdə tutulan bugünkü döyüş ehtiyaclarını qarşılayacaq unikal həllər həyata keçirir. Eyni zamanda, gələcəyin cəbhə xəttinin əsas elementlərini təşkil edəcək tırtıllı və təkərli vasitələr Türkiyə Silahlı Qüvvələrinin və müttəfiq ölkələrin ordularının inventarlarında öz yerini tutur. FNSS geniş məhsul çeşidi ilə dünyanın qabaqcıl quru platforması şirkətləri arasında yerini alıb. O, dünyada belə geniş məhsul çeşidinə malik azsaylı şirkətlərdən birinə çevrilib.

Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan ilk 6×6: “Pars IV”

Türk iyə Silahlı Qüvvələrinin inventarına daxil olan ilk 6×6 avtomobil olan “Pars IV” 6×6 Xüsusi Əməliyyat Vasitəsi FNSS-in yeni nəsil vasitələrin inkişafında çatdığı səviyyənin, “Ar-Ge” imkanlarının və mühəndislik həlləri sahəsindəki təcrübəsinin göstəricisidir. “Pars IV” 6×6 xüsusi əməliyyatlar üçün atəş qabiliyyətinə, Əldəqayırma Partlayıcı Qurğulardan (ƏPQ) effektiv müdafiə, yüksək mina və ballistik mühafizə ehtiva edən sağ qalma infrastrukturuna, yeni texnoloji missiya avadanlıqları ilə mövcud vasitələrin xaricində, xüsusi əməliyyatların taktiki ehtiyaclarına uyğun olaraq, orijinal konsepsiya kimi dizayn edilib.

Modulyar zirehli quruluşa sahib olan vasitə inteqrasiya edilmiş ƏPQ dəsti və istifadəçi tərəfindən asanlıqla sökülüb quraşdırıla bilən RPG şəbəkəsi sayəsində tək platformada passiv qoruyucu elementləri ehtiva edir. Supersəs səslərinə həssas olan və silah qüllələri ilə inteqrasiya olunmuş akustik xəbərdarlıq sistemi, aktiv qarışdırma/koretmə sistemi, 360 dərəcə qoşa istifadəli duman minaatanları və KBRN sistemi də əsas qoruma elementləri olaraq vasitə üzərində yer alır.

Vasitənin ön və arxa tərəfində FNSS tərəfindən hazırlanmış iki müstəqil “Sancak” Uzaqdan İdarə Olunan Qüllə Sistemi (UİOQS) var. Zəruri hallarda silahları istifadəçi tərəfindən asanlıqla dəyişdirilə bilən qüllələrdə üç fərqli silah növündən (7,62 mm və 12,7 mm pulemyot və 40 mm avtomatik qumbaraatan) istifadə edilə bilər. Vasitələrin missiya avadanlıqlarına tək avtomobil səviyyəsində və bölmənin birliyi daxilində yüksək texnologiyalı sistemlər, o cümlədən yuxarı və tabe elementlər arasında sinxron, təhlükəsiz və fasiləsiz əlaqə, yüksək situasiya məlumatlılığı, effektiv komanda və idarəetmə qabiliyyəti daxildir.

Sırada “Pars İzci” var

“Pars IV” 6×6 Xüsusi Əməliyyat Vasitəsi ilə yanaşı, Türkiyə Silahlı Qüvvələrinin inventarına ilk dəfə daxil olacaq “Pars İzci” 6×6 və 8×8 taktiki təkərli zirehli vasitələr ailəsi yüksək yerlilik nisbətinə malikdir. Ailə üzvlərinin vasitələri FNSS mühəndisləri tərəfindən potensial ehtiyaclar üçün konfiqurasiya oluna biləcək şəkildə dizayn edilib.

Bu vasitələr kəşfiyyat və daxili təhlükəsizlik əməliyyatları üçün xüsusi olaraq nəzərdə tutulduğundan, təmin etdikləri yüksək situasiya məlumatlılığı sayəsində istifadəçilərinə taktiki üstünlüklər təqdim edirlər. Vasitələr hər cür relyef şəraitində yüksək hərəkət qabiliyyəti, eləcə də üstün ballistik və mina mühafizəsi ilə seçilir.

“Pars İzci” mina və pusqudan qorunan vasitələrin (MRAP) qoruma səviyyəsinə malik olmaqla yanaşı, hər cür iqlim və ərazi şəraitində müasir zirehli döyüş vasitəsində gözlənilən hərəkətlilik imkanlarını da özündə ehtiva edir. Vasitənin alt sistemlərinin minadan qorunan gövdəyə modulyar olaraq qoşulması texniki qulluq və dəyişdirmə asanlığını təmin edir. Xüsusilə asqı və güc ötürmə sistemlərinə qulluq və giriş asanlığı vasitəni öz analoqlarından üstün edir.

İlklərin tankı “Kaplan MT”

Təkərli vasitələr döyüş meydanında getdikcə daha çox yayılarkən, tırtıllı vasitələr döyüş meydanının əsas elementləri kimi bütün ərazilərdə rahat hərəkət etmək kimi danılmaz üstünlüklər təqdim edir. Yüngül və ortaçəkili tanklar yüksək hərəkət qabiliyyətinə və sağ qalma qabiliyyətinə, müasir missiya avadanlığına və ən son texnologiyalara malik tırtıllı vasitələr olaraq dəyişən döyüş meydanında orta çəkidə sürətli atəş gücünə ehtiyacdan yaranan boşluğu effektiv şəkildə doldurur.

FNSS-in orta sinif tank üzərində apardığı işlər nəticəsində istehsala qoyulan “Kaplan MT” ABŞ ordusunda yüngül-orta tank layihəsi hələ prototip mərhələsində ikən İndoneziya ordusunun inventarına daxil olub. Bu proqramla Türkiyədə istehsal edilən bir tank sistemi ilk dəfə ordu inventarına daxil edilib. Yüksək ballistik və mina mühafizəsi və yüksək atəş gücü kimi tələblərə uğurla cavab verən “Kaplan MT” qabaqcıl ballistik və mina mühafizə sistemlərinə malik dizayn arxitekturası sayəsində piyada birlikləri üçün yaxın atəş dəstəyindən tutmuş daha böyük hədəflərə qarşı zireh dəlici sursatların istifadəsinə qədər geniş çeşiddə atəş gücündən istifadə etməyə imkan verir.

Daxili məkanın tərtibatı ekipajın rahatlığı, erqonomikası, taktiki tələbləri, eləcə də döyüş zamanı qarşılaşılan sürücülük, qüllənin atəşə tutulması və döyüş sursatlarının doldurulması və boşaldılması kimi şərtləri diqqətlə nəzərə alaraq tərtib edilib. Yüksək hərəkət qabiliyyəti və aşağı silueti ilə “Kaplan MT” günümüzün asimmetrik müharibə şəraitində çox təsirli bir həll yolu kimi seçilir.


Tırtıllı vasitələr “Gölge Süvari”lərinə çevrilir

Döyüş meydanlarının gələcəyi olan Süni Zəka (SZ) və maşın öyrənmə sahəsindəki son inkişaflar hərbi doktrina və strategiyalarda tamamilə yeni bir dövrə qədəm qoyacağımızı göstərir. Bu inkişaflara paralel olaraq, İnsansız Quru Platformaları (İQP) müdafiə texnologiyalarında getdikcə daha çox iştirak edir. Missiya sahələri və imkanları inkişaf edən texnologiya ilə yaxşılaşdıqca, bu vasitələr daha böyük avtonomluq və uyğunlaşma xüsusiyyətləri ilə bütün dünyada müasir orduların diqqət mərkəzinə çevrilir. Simmetrik və asimmetrik təhlükələrin qaçılmaz olduğu günümüzün mürəkkəb əməliyyat tələbləri İQP-lərin döyüş meydanında istifadəsini demək olar zərurətə çevirib.

FNSS bu istiqamətdə başlatdığı işlərin nəticəsi olan və M113 vasitəsinin bazası əsasında hazırlanan İQP olan “Gölge Süvari” konsepsiyasını ilk dəfə 2019-cu ildə IDEF sərgisində nümayiş etdirib. Bu gün “Gölge Süvari” uzaqdan idarəetmə və ya avtonom hərəkət qabiliyyətinə malik döyüş sistemi kimi seçilir. Missiyaya uyğun yüklərin inteqrasiyasına imkan verən dizaynı sayəsində o, hər cür missiyaları, xüsusilə də atəş dəstəyini yerinə yetirə bilən avtonom İQP ailəsinə çevrilib.

FNSS həmçinin bu konsepsiyanı hər cür tırtıllı zirehli quru platformasına inteqrasiya oluna biləcək dəstlə adi quru platformasına avtonom qabiliyyət qazandırmaq üçün mümkün və uyğunlaşa bilən bir həll kimi təklif edir.


FNSS-dən yeni bir texnologiya sıçrayışı: Hibrid güc qrupu

Zirehli döyüş vasitələri üçün yeni nəsil texnologiyaların hazırlanması və uyğunlaşdırılması sektorda liderlik və bu sahədə davamlı innovasiyalar üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan FNSS yeni nəsil hərəkət sistemi, asqı sistemi, sürətlər qutusu və güc aqreqatlarının orijinal dizaynı və uyğunlaşdırılması kimi sahələrdə əhəmiyyətli irəliləyişlər əldə edir. Hazırladığı yeni nəsil hibrid dizel-elektrik tırtıllı vasitə hərəkət sistemi sayəsində vasitənin döyüş və kəşfiyyat ssenarilərində istifadə edilməsini təmin edən səssiz sürüş, uzadılmış səssiz izləmə kimi vəzifələri effektiv şəkildə yerinə yetirəcək yeni bir vasitə inkişaf etdirib.

FNSS-in yeni hibrid zirehli vasitəsi “Kaplan Hibrit” artırılmış yanacaq qənaəti və xarici ötürücü güc əlavə edilməsi xüsusiyyəti ilə tırtıllı vasitə üçün əla ərazi performansı təklif edir. “Kaplan Hibrit” aşağı sürətlə yüksək fırlanma momenti yaradan elektrik mühərrikləri sayəsində yeni hibrid hərəkət sistemi ilə digər tırtıllı platformalara nisbətən üstün sürətlənmə təmin edir. Bu xüsusiyyət təhlükələrə və lazım olduqda sahənin təxliyəsinə sürətli bir şəkildə cavab vermək üçün döyüş sahəsində kritik üstünlük təmin edəcək.

20 ton avtomobil ağırlığına qədər tətbiq oluna bilən yeni hibrid tırtıllı vasitə hərəkət sistemi istifadəçi ehtiyaclarına uyğun olaraq yeni tırtıllı vasitə istehsal proqramlarına və/və ya modernləşdirmə proqramlarına da uyğunlaşdırıla bilər. Hibrid güc aqreqatının 40 tonluq versiyası da hazırlanır. Bütün bu yeni imkanlar və məhsul çeşidindəki daha bir çox məhsulla FNSS Türkiyə Silahlı Qüvvələrinin, eləcə də dost və müttəfiq ölkələrin silahlı qüvvələrinin ön xətt vasitələrinə və sistemlərinə olan ehtiyaclarını tam qarşılaya bilir.

Dünya miqyasında ixracat uğurları ilə dost və müttəfiq ölkələrin bu sahədəki ehtiyaclarına cavab verən FNSS dünyanın güvəndiyi və hörmət etdiyi bir Türkiyə müdafiə şirkəti olmaq yolunda möhkəm addımlar atır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FNSS   Kaplan   Pars  


Bizi "telegram"da izləyin