Yəmənin husi qiyamçıları Britaniya gəmisinə hücum edib

2021/10/78999-1634621365.jpg
Oxunub: 1955     20:18     03 Dekabr 2023    
Yəmənin “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi qiyamçıları Babül-Məndəb boğazında Böyük Britaniyanın ticarət gəmisinə pilotsuz uçuş aparatı ilə hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Gəminin Britaniya bayrağı altında üzdüyü və ekipajının da Böyük Britaniya vətəndaşları olduğu qeyd edilir. Mənbələrə görə, Amerika və İsrail hərbi gəmiləri hücumu dəf edib.

Kanal hücumun dəqiq nə vaxt baş verdiyini açıqlamır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Husilər  


Bizi "telegram"da izləyin