Ağ Ev Qəzzada atəşkəsə dair rəsmi danışıqların olmadığını bildirib

2023/11/1701148379.jpg
Oxunub: 6282     19:32     03 Dekabr 2023    
Qəzza zolağında humanitar atəşkəsin bərpası ilə bağlı rəsmi danışıqlar hazırda davam etmir.
ABŞ,

Ordu.az xəbər verir ki, bu barədə NBC televiziyasına Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Hazırda atəşkəsin yenilənməsi ilə bağlı rəsmi danışıqlar aparılmır. Bu məsələdə HAMAS günahkardır. HAMAS sərbəst buraxıla biləcək qadın və uşaqların yeni siyahısını təqdim etməyib” deyə cavab verib.

Kirbinin sözlərinə görə, ABŞ Fələstin hərəkatının qadın və uşaqları girov saxlamağa davam etdiyini dəqiq bilir.

“Təəssüf ki, danışıqlar hazırda dayanıb. Lakin atəşkəsi bərpa etmək cəhdlərimiz dayanmayıb”, - Ağ Ev sözçüsü bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qəzza  


Bizi "telegram"da izləyin