Filippinin Çinlə mübahisəli ərazisində döyüş gəmiləri müşahidə olunub

2020/04/BRP-C-1587638885.jpg
Oxunub: 399     15:09     03 Dekabr 2023    
Filippinin Çinlə mübahisəli ərazisində döyüş gəmiləri müşahidə olunub.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsi məlumat yayıb.

Belə ki, Çinin 135-dən çox gəmisi mübahisəli ərazi sayılan Cənubi Çin dənizinin Uitsun rifi yaxınlığında görüntülənib.

Bundan əvvəl noyabrın 13-də ərazidə 111 gəmi qeydə alınıb. Filippin təhlükəsizlik məqsədilə əraziyə bir neçə patrul gəmisi göndərib.

Uitsun rifi Filippinin Palavan adasından 320 km, Çinin Haynan adasından isə 1 min km-dən çox məsafədə yerləşir. Çin və Filippinlə yanaşı, Vyetnam da əvvəllər riflərə öz hüquqlarını iddia edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin