Tailand Myanmadakı vəziyyətə görə 80-dən çox vətəndaşını bu ölkədən təxliyə edib

2023/12/Myanm-1701598872.jpg
Oxunub: 8005     14:04     03 Dekabr 2023    
Tailand Myanmanın şimalındakı Laukkay şəhərindən 83 vətəndaşını təxliyə edib.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vətəndaşların təxliyəsinə Tailandın Myanmadakı səfirliyi köməklik göstərib. Qrup Myanmanı təhlükəsiz şəkildə tərk edib və təyyarə ilə Tailanda yola düşüb.

Polis onların ölkəyə giriş prosedurunu asanlaşdıracaq, buna baxmayaraq onların cinayət qeydlərinin olub-olmadığını yoxlayacaq.

Qeyd edək ki, Tailand hakimiyyəti noyabrın əvvəlindən ölkənin şimalında Çinlə sərhədə yaxın ərazidə hökumət qoşunları ilə silahlı etnik qruplar arasında toqquşmalar səbəbindən Myanmanı tərk edə bilməyən 160-dan çox vətəndaşın ölkəyə qayıtması üçün səylərə başlayıb.

Hüquq müdafiəçilərinin məlumatına görə, Myanmada son iki il ərzində toqquşmalar nəticəsində 6 mindən çox insan həlak olub, 24 minə yaxını isə saxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tailand   Myanma  


Bizi "telegram"da izləyin