KIV: Pakistanın şimalında silahlı hücum nəticəsində 11 nəfər ölüb

2019/04/10507-1555046955.jpg
Oxunub: 324     09:07     03 Dekabr 2023    
Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsində sərnişin avtobusuna silahlı hücum nəticəsində azı 11 nəfər ölüb, 25 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Dawn qəzeti məlumat yayıb.

Diamer rayon icra başçısının müavini Arif Əhmədin sözlərinə görə, hadisə dekabrın 2-də Çilas şəhəri ərazisində baş verib. Naməlum şəxslərin əks istiqamətdə hərəkət edən sərnişin avtobusu və yük maşınına atəş açması iki avtomobilin toqquşmasına səbəb olub. Avtobusu müşayiət edən Pakistan ordusunun əsgərləri də atəşə tutulub. Ölənlər arasında 9 mülki şəxs də var.

Ölkədəki terror qruplarından heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hücum  


Bizi "telegram"da izləyin