Kuba prezidenti İrana rəsmi səfər edəcək

2023/12/migel-1701580007.jpg
Oxunub: 356     08:06     03 Dekabr 2023    
Kuba prezidenti Migel Dias-Kanel İrana rəsmi səfər edəcək.

Ordu.az xəbər verir ki, Kuba liderinin İran prezidenti İbrahim Rəisinin rəsmi dəvəti ilə təşkil olunan səfəri dekabrın 3-də başlayacaq.

Bu, Fidel Kastronun Tehrana səfər etdiyi 2001-ci ildən bəri Kuba prezidentinin İrana ilk səfəridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuba   İran  


Bizi "telegram"da izləyin