Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri: "NATO-nun Rusiya ilə müharibəyə hazırlaşmaq üçün üç il vaxtı var"

2023/12/656be-1701579477.jpg
Oxunub: 346     06:20     03 Dekabr 2023    
NATO-nun şərq cinahında yerləşən ölkələrin Rusiyanın hücumuna hazırlaşmaq üçün cəmi üç il vaxtı var.

Ordu.az-ın NV-yə istinadən verdiyi məlumata görə, bunu Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa Polşanın “Nasz Dziennik” nəşrinə müsahibəsində deyib. O bildirib ki, Rusiya NATO ölkələrinə hücum edə bilər və onların buna hazırlaşmaq üçün 5-9 il vaxtı var.

“Müharibədən qaçmaq istəyiriksə, şərq cinahda yerləşən NATO ölkələri qarşıdurmaya hazırlaşmaq üçün daha qısa, üç illik vaxt üfüqünü qəbul etməlidir" Severa bildirib.

Onun sözlərinə görə, Rusiya hərbi sənayesi üç növbədə işləyir və yaxın üç ildə öz potensialını artıra bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   NATO   Rusiya  


Bizi "telegram"da izləyin