Ordu.az-ın məlumatına görə, AEBA rəhbəri Rafael Qrossi bildirib ki, Zaporojye AES kənar enerjidən məhrum edilib və reaktorları soyutmaq üçün müvəqqəti olaraq qəza dizel generatorları işə salınıb.
"Zaporojye AES hər iki xarici elektrik xətti ilə əlaqəni itirdi - bu, səkkizinci dəfədir ki, Avropanın ən böyük atom elektrik stansiyası hərbi münaqişə zamanı enerji təminatını tamamilə itirir və bu, nüvə mühafizəsi və təhlükəsizliyi ilə bağlı narahatlığı artırır", - Qrossi izah edib.
AEBA müfəttişləri nasazlığı gecə yarısına az qalmış qeydə alıblar. Təxminən 5 saat sonra kənardan əsas elektrik enerjisi təchizatçısı olan yeganə 750 kV-luq xətlə də elektrik verilişi dayanıb.
Qrossinin sözlərinə görə, AEBA nüvə qəzasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə davam edir. O, bütün tərəfləri AES-i daha böyük təhlükə altına atacaq addımlardan çəkinməyə çağırıb.
Ordu.az