Hikmət Hacıyev Dubayda sərgilənən Azərbaycan pavilyonu barədə paylaşım edib

2023/09/1695223257.jpg
Oxunub: 474     20:56     02 Dekabr 2023    
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində sərgilənən Azərbaycan pavilyonu barədə paylaşım edib.

Ordu.az xəbər verir ki, Hikmət Hacıyev sosial şəbəkədə yazıb:

“Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı: Azərbaycanın pavilyonu bizim yaşıl enerji və iqlimlə bağlı siyasətimizi, flora və faunanın müxtəlifliyini, həmçinin Ermənistanın 30 il davam etmiş işğalı zamanı basdırdığı minaların yaratdığı ətraf mühitə təsirləri – torpağın deqradasiyası və eroziyasını, suyun çirklənməsini nümayiş etdirir”.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hikmət-Hacıyev   Dubay  


Bizi "telegram"da izləyin