Robin Bruks: "Aİ-nin Ermənistana ixracı 200 % artıb, Brüssel hara baxır?"

2023/12/15515-1701530946.jpg
Oxunub: 535     19:05     02 Dekabr 2023    
Ermənistan Rusiyaya Avropa İttifaqının (Aİ) sanksiyalarından yan keçməyə kömək edir, bunu Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Aİ ölkələrindən Ermənistana məhsul ixracının kəskin artması dəlalət edir.

Ordu.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks sosial şəbəkədə yazıb.

“Avropa İttifaqında nə baş verdiyini düşünmək lazımdır. Putinin Ukraynaya hərbi müdaxiləsi Aİ-nin müdafiə etdiyi hər şey üçün böyük təhlükədir. Amma buna bənzər bir çox nümunə var: işğaldan sonra Aİ-nin Ermənistana ixracı 200 % artıb. Bu mallar Rusiyaya gedir və Putinə kömək edir. Bəs Brüssel nə edir?”, – o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan  


Bizi "telegram"da izləyin