Səfir: "Xəzəryanı ölkələrin nazirlərinin görüşü mühüm regional hadisələrin müzakirəsi üçün yaxşı fürsətdir"

2023/12/acd79-1701522306.jpg
Oxunub: 281     16:29     02 Dekabr 2023    
“Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin illik görüşləri ikitərəfli görüşlər zamanı mühüm regional hadisələri müzakirə etmək üçün yaxşı fürsətdir”.

Ordu.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

Onun sözlərinə görə, toplantı çərçivəsində regional məsələlərin də müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, dekabrın 5-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzər əməkdaşlığına diqqətin artırılması ilə bağlı iclas keçiriləcək. Toplantıda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulur.

İclasda cari məsələlərin müzakirə olunacağı da gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xəzəryanı-ölkələr   Görüş  


Bizi "telegram"da izləyin