Pakistanın Baş naziri: “Biz regionda baş verən bütün məsələlərdə Azərbaycanı dəstəkləyirik”

2023/12/ef8a8-1701514647.jpg
Oxunub: 7184     14:50     02 Dekabr 2023    
“Pakistan regionda baş verən bütün məsələlərdə Azərbaycanı dəstəkləyir”.

Ordu.az xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) deyib.

"Pakistanın Azərbaycanla qardaşlıq münasibətləri var. Bizim güclü iqtisadi əlaqələrimiz var, biz müdafiə və strateji əməkdaşlığı inkişaf etdiririk. Müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq edirik", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Azərbaycan  


Bizi "telegram"da izləyin