Tayvan “F-5 E/F Tiger II” parkını istismardan çıxarır

2023/12/1701509385.jpg
Oxunub: 7968     22:28     04 Dekabr 2023    
Tayvan administrasiyası inventarındakı yaşlanan “F-5 E/F Tiger II” parkını 2023-cü ilin sonuna qədər istismardan çıxarmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, Tayvan administrasiyası F-5 E/F təyyarələrini özü inkişaf etdirdiyi “T-5 Brave Eagle” təyyarələri ilə əvəz edəcək.

Tayvanın administrasiyasının Müdafiə Nazirliyi bildirib ki, F-5E/F döyüş təyyarəsi tezliklə təlim missiyalarından uzaqlaşdırılacaq.

Qeyd olunub ki, yalnız F-5E döyüş təyyarəsinin bazası əsasında inkişaf etdirilən RF-5E kəşfiyyat təyyarəsi istifadə olunmağa davam edəcək.

Bundan əlavə, bildirilir ki, Tayvan administrasiyasının Hərbi Hava Qüvvələrinin inventarında olan 5 ədəd RF-5E kəşfiyyat təyyarəsi alınmış 6 ədəd “Collins Aerospace MS-110” multispektral hava kəşfiyyat podu sistemi və 4 ədəd “General Atomics MQ-9B SkyGuardian” pilotsuz uçuş aparatı xidmətə daxil olduqdan sonra istismardan çıxarılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   F-5E  


Bizi "telegram"da izləyin