ABŞ Hindistana “Stryker” M-SHORAD vasitəsini təklif edib

2023/12/1701508012.jpg
Oxunub: 481     18:06     02 Dekabr 2023    
ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün işləri davam etdirir.

Ordu.az xəbər verir ki, ABŞ Hindistana “Stryker” Zirehli Döyüş Vasitəsinin (ZDV) Hava Hücumundan Müdafiə (HHM) konfiqurasiyası olan “Stryker” M-SHORAD (Qısa Mənzilli HHM Sistemi) vasitəsini təklif edib.

“General Dynamics Land Systems” tərəfindən istehsal edilən “Stryker” M-SHORAD vasitəsi üçün Vaşinqton tərəfindən Yeni Dehliyə göndərilən təklifə birgə istehsal da daxildir.

“Stryker” M-SHORAD təklifi bu yaxınlarda Hindistan-ABŞ 2+2 Nazirlər Dialoqu zamanı vurğulanıb, burada ABŞ “Stryker” ZDV layihəsində Hindistanla əməkdaşlıqda maraqlı olduğunu bir daha bəyan edib.

Hindistana daha əvvəl də oxşar təkliflər edilib, Cənubi Asiya ölkəsi bu təkliflərin qiymətləndirilməsi mərhələsindədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hindistan   Stryker   M-SHORAD  


Bizi "telegram"da izləyin