Ordu.az xəbər verir ki, bu barədə “Navantia” şirkəti bildirib.
Şirkətin açıqlamasında S-80 sinfinə məxsus sualtı qayıqların ilki olan ESPS “Isaac Peral” (S-81) sualtı qayığının Kartagena Dəniz Bazasında təşkil edilən mərasimlə İspaniya Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verildiyi qeyd olunub.
Müdafiə Nazirliyi ilə “Navantia” arasında təhvil-təslim sənədləri imzalandıqdan sonra gəminin komandiri mayor Manuel Korral tərəfindən İspaniya bayrağı gəmidə qaldırılıb.
Sevinc Əliyeva
Ordu.az