Polşanın yeni FA-50 təyyarələri ölkəyə gəlib

2023/12/1701507223.jpg
Oxunub: 5276     15:30     02 Dekabr 2023    
Polşanın Cənubi Koreyadan sifariş etdiyi FA-50GF təlim təyyarələrinin yeni partiyası Varşava Şopen hava limanına gəlib.

Ordu.az xəbər verir ki, 11-ci və 12-ci FA-50GF təlim təyyarəsi Polşanın paytaxtı Varşavaya çatıb.

“Korean Air Cargo” şirkətinə məxsus “Boeing 747-400F” ağır nəqliyyat təyyarəsi ilə gətirilən FA-50-lər Kanada üzərindən Polşaya çatıb.

Polşa ilə Cənubi Koreya arasında bağlanmış müqaviləyə əsasən, bu, 6-cı çatdırılma olub. Bu il Polşaya başqa heç bir FA-50GF təyyarəsinin gətirilməsi planlaşdırılmır.

Əvvəlki tədarüklərdə olduğu kimi, təyyarələr əvvəlcə yerə enib, sonra isə onların avtomobil yolu ilə Minsk-Mazovetskidəki 23-cü Taktiki Aviabazaya daşınması prosesi başlayıb.

Təyyarələr bazada yerləşdirildikdən sonra onlar rəsmi olaraq Polşa Hərbi Hava Qüvvələrinin inventarına daxil ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Cənubi-Koreya   FA-50GF  


Bizi "telegram"da izləyin