Filippin T129B “Atak” helikopterlərinin son partiyasını təhvil alıb

2023/12/1701507109.jpg
Oxunub: 500     15:12     02 Dekabr 2023    
Filippin Türkiyədən sifariş etdiyi T129B “Atak” helikopterlərinin son partiyasını aldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Filippin müdafiə sənayesi tədqiqatçısı Maks Montero tərəfindən edilən paylaşımda Filippinin T129B sifarişi çərçivəsində son çatdırılmanı aldığı ifadə edilib.

Çatdırılma Türkiyə Hərbi Hava Qüvvələrinin (HDQ) inventarında olan A400M nəqliyyat təyyarəsi ilə həyata keçirilib.

Alınan T129 “Atak” helikopterləri 18-ci Hücum Eskadrilyasında xidmət edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   Türkiyə  


Bizi "telegram"da izləyin