ABŞ, Britaniya və Avstraliya birgə dəniz təlimləri keçirəcək

2023/12/21101-1701504247.jpg
Oxunub: 6216     11:58     02 Dekabr 2023    
ABŞ, Böyük Britaniya və Avstraliya 2024-cü ildə AUKUS üçtərəfli hərbi tərəfdaşlıq çərçivəsində bir sıra birgə dəniz təlimləri keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib.

Onun sözlərinə görə, AUKUS-a üzv ölkələr gələn il bir sıra üçtərəfli dəniz sınaqları və təlimləri keçirəcəklər: “Onlar bizim inkişaf və əməkdaşlıq imkanlarımızı gücləndirəcək və birlikdə istifadə edə biləcəyimiz özü hərəkət edən dəniz vasitələrinin inkişafını sürətləndirəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya   Avstraliya  


Bizi "telegram"da izləyin