Erməni ictimai xadim: “Hakimiyyət vektoru Qərbdə və ya Rusiyada deyil, Türkiyə və Azərbaycandadır”

2023/12/image-1701503041.jpg
Oxunub: 495     20:21     02 Dekabr 2023    
“Hazırda Ermənistanda siyasi proseslərin hara aparacağı ilə bağlı siyasət yoxdur və bu, dövlətin ardıcıl siyasətinin səviyyəsinin aşağı salınması nəticəsində formalaşıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Gənclərin səsi” təşkilatının təsisçisi, erməni ictimai xadim Hovhannes Harutyunyan deyib.

Onun sözlərinə görə, müxalifət qüvvələri nə qədər siyasi müstəvi yaratmağa çalışsalar da, ən yüksək siyasi postları tutanlar öz siyasətlərini xuliqan səviyyəsində təsəvvür edirlər.

“Ermənistan uçuruma doğru gedir və bu hökumətin vəzifəsi milli simasını dəyişməkdir. VII sinif “Ermənistan tarixi” dərsliyi buna sübutdur. Ermənistanın hakimiyyət vektoru Qərbdə və ya Rusiyada deyil, Türkiyə və Azərbaycandadır”, - deyə Harutyunyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin