Erməni rəsmi: “Əgər şəxs proqrama daxil edilməyibsə, o, Qarabağdan “məcburi köçkün” sayılmır”

2023/12/image-1701502965.jpg
Oxunub: 512     19:33     02 Dekabr 2023    
“Həmişə problemlər olur, yazılı sual verin, sualların nə olduğunu anlayaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Vahid Sosial Xidmətinin rəhbəri Eduard Petrosyan Qarabağdan Ermənistana könüllü köçən şəxslərin pul ala bilməməsini şərh edərkən deyib.

O qeyd edib ki, indi şəxsiyyətin müəyyənləşdirilməsi prosesi başa çatır, işlər fərqlidir və hər bir işə ayrıca baxılmalıdır.

“Bütün bunlar şəxsiyyətin müəyyənləşdirilməsi prosesi ilə bağlıdır, yəni həmin şəxs pulu almayıbsa, deməli, şəxsiyyəti müəyyən edilməyib. Hansı səbəbdən kimliyi məlum deyilsə, o, yazılı ərizə doldurmalıdır və suallarına cavab alacaq. Əgər şəxs proqrama daxil edilməyibsə, o, Qarabağdan “məcburi köçkün” sayılmır”, - deyə Petrosyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin