“Azərbaycan təkcə Türkiyə ilə əməkdaşlıq etmir, təsəvvür edin ki, həmin 1500 şirkət Azərbaycana xidmət edir” - Erməni direktor

2023/12/image-1701502891.jpg
Oxunub: 778     17:48     02 Dekabr 2023    
“Qarabağdakı son müharibədən sonra biz sistemi fiziki cəhətdən məhv etməli idik ki, rəqibin əlinə keçməsin və gələcəkdə onu öyrənib analoji model yarada bilməsinlər”.

Ordu.az xəbər verir ki, bunu “Zangi” tətbiqinin direktoru Vahram Martirosyan deyib.

“Bu əlaqə dövlət səviyyəsində təhlükəsiz daxili rabitə sisteminin yaradılması baxımından çox unikal, müstəsna həll idi, çünki internetdən ayrılsa belə, daxili şəbəkədə işləməyə davam edir”, - deyə o qeyd edib.

Martirosyanın sözlərinə görə, risk var, müharibələr, xüsusən də Azərbaycanın ağıllı olması və onun texnologiyalardan istifadə təcrübəsi göstərir ki, Azərbaycan Ermənistandan daha innovativ və yaradıcıdır.

“Azərbaycan İsrail, Türkiyə və başqa ölkələrdən dünyanın texnoloji şirkətləri ilə əməkdaşlıq edib və əməkdaşlıq edir. Türkiyənin hərbi-texnoloji sektoru son illərdə sıçrayış edib, məsələn, 2002-ci ildə Türkiyədə cəmi 50 hərbi sənaye şirkəti fəaliyyət göstərirdisə, bu gün 1500 şirkət var. Azərbaycan təkcə Türkiyə ilə əməkdaşlıq etmir, təsəvvür edin ki, həmin 1500 şirkət Azərbaycana xidmət edir. Təsəvvür edin, İsraildə, Pakistanda, Azərbaycanın da əməkdaşlıq etdiyi Serbiyada və bizim bilmədiyimiz başqa ölkələrdə belə şirkətlər daha yüksək səviyyədə fəaliyyət göstərir”, - deyə Martirosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin