“Məni mühakimə etmək üçün Milli Təhlükəsizlik Xidmətinə Paşinyan özü göstəriş verib” - Erməni partiya sədri

2023/12/image-1701502774.jpg
Oxunub: 367     17:20     02 Dekabr 2023    
Ermənistan Apellyasiya Məhkəməsi “Nork-Maraş” qruplaşmasına rəhbərlik edən Panerməni Milli Dövlətçilik Partiyasının sədri Artur Vardanyanı 13 il müddətinə azadlıqdan məhrum edib, ibtidai istintaq və məhkəmə istintaqı zamanı həbsdə qaldığı vaxtı hesaba alıb, yekun cəza olaraq 9 il 2 ay müəyyən edib.

Ordu.az-ın xəbərinə görə, Artur Vardanyan “Hraparak” nəşrinə verdiyi müsahibədə deyib ki, özünün həbsi ilə bəzi ehtiyatda olan zabitlərdən məlumat alıb.

“Bəzi istefada olan zabitlərdən məlumat aldım ki, məni mühakimə etmək üçün Milli Təhlükəsizlik Xidmətinə Nikol Paşinyan özü göstəriş verib. Çünki mən həmişə açıq danışıram və mənim qurduğum təşəbbüsə, Milli Ləyaqət Uğrunda Cəbhəyə minə yaxın insan qoşulub, bu isə az deyil, baxmayaraq ki, hələ çox işimiz var və düzgün addımlarla irəliləməyə çalışırıq”, - deyə o qeyd edib.

Vardanyan bildirib ki, 19 nəfərə qismən bəraət verilib, 7-8 nəfərə şərti cəza verilib.

“19 nəfərə qismən bəraət verilib, 7-8 nəfərə şərti cəza verilib, həmçinin amnistiya verilib, halbuki biz eyni maddələrlə ittiham olunuruq”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Milli-Təhlükəsizlik-Xidməti  


Bizi "telegram"da izləyin