Paşinyan nəinki super baş nazirlik sistemindən imtina etməyib, həm də prezident institutunu tabe etmək üçün addımlar atıb

2023/12/57814-1701502595.jpg
Oxunub: 5932     16:18     02 Dekabr 2023    
Vaxtilə Nikol Paşinyanın sevimli mövzularından biri də super baş nazirlik sisteminin ləğvi olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, bundan başqa, o, Ermənistan prezidenti institutuna yeni səlahiyyətlərin verilməli olduğunu vurğulayıb.

“Paşinyanın sözlərinə görə, bütün mümkün funksiyalar prezident institutundan alınıb və ona ofis işçisi statusu verilib ki, bu da dövlətin nüfuzuna birbaşa təsir edir. Amma Paşinyan artıq Baş nazir kürsüsündə möhkəm oturanda o, nəinki super baş nazirlik sistemindən imtina etməyib, həm də prezident institutunu zəiflətmək və tabe etmək üçün addımlar atıb. Nəticədə Ermənistan prezidenti hətta səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qanunvericilik təşəbbüsünü imzalamalı olub. Amma bu da hakimiyyət üçün kifayət etməyib, çünki prezident hakim siyasi komandanın addımlarını müəyyən qədər tarazlaşdıra bilərdi. Məsələn, prezidentin parlamentdə qəbul edilən qanunların Ermənistan Konstitusiyasına uyğunluğunu müəyyən etmək üçün Konstitusiya Məhkəməsinə göndərdiyi hallar olub”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin