“Paşinyan aldadandır, Qarabağ verdi, xalqın, rusların cibinə qoydu, növbə Ermənistanındır” - Ermənistanın keçmiş Baş naziri

2023/12/1701502409.jpg
Oxunub: 376     15:39     02 Dekabr 2023    
“Bizdə məlumata görə, Azərbaycanın nəzarət altına aldığı ərazi 800 kvadrat kilometrdir. Yalan deyirlər ki, 200,300 kvadrat kilometrdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri, “Azadlıq” partiyasının sədri Hrant Baqratyan deyib.

“Siz dövlət olaraq sərhədləri müəyəynləşdirmədən danışıqlara gedəndə o ərazinin sizin olmadığını qəbul edirsiniz. Əgər bu şərtlərlə “Sülh müqaviləsi” imzalayırsansa, deməli əks tərəfin dayandığı yerin onun olduğunu qəbul edirsən”, - deyə o qeyd edib.

Baqratyan bildirib ki, sülh müqaviləsində Ermənistan Silahlı Qüvvələrinin məhdudlaşdırılması məsələsi qaldırıla bilər.

“Paşinyan aldadandır, Qarabağı verdi, xalqın, rusların cibinə qoydu, növbə Ermənistanındır. İndi o, seçkilərə getmək, sənədi Qərblə birgə imzalamaq və xalqın cibinə qoymaq istəyir”, - deyə Baqratyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ  


Bizi "telegram"da izləyin