Erməni siyasi texnoloq: “Növbədənkənar seçkilərin keçiriləcəyi təqdirdə Paşinyan sürprizlə qarşılaşacaq”

2023/11/1701152199.jpg
Oxunub: 7759     15:19     02 Dekabr 2023    
“Hesab edirəm ki, Baş nazir Paşinyanı və “Vətəndaş Müqaviləsi” partiyasını erkən seçkilərə sövq edə biləcək 2 əsas səbəb var”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi texnoloq Vigen Hakopyan Ermənistan hakimiyyətinin növbədənkənar seçkilərə hazırlaşdığı barədə yayılan məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, əvvəla, sosioloji sorğular göstərir ki, həm Paşinyanın partiyasının, həm də Paşinyanın reytinqinin aşağı düşməsi tendensiya səviyyəsində davam edir.

“Üstəlik, sonuncu onlar üçün daha vacib və narahatvericidir. Paşinyan anlayır ki, onun reytinqi getdikcə aşağı düşür və getdikcə daha çox seçki prosesləri vasitəsilə təkrar seçilmə şansını itirir”, - deyə Hakopyan qeyd edib.

Hakopyan bildirib ki, növbədənkənar seçkilərin keçiriləcəyi təqdirdə Nikol Paşinyan sürprizlə qarşılaşacaq, Qərb ona yox, tamam başqa bloka mərc edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Növbədənkənar-seçki  


Bizi "telegram"da izləyin