Erməni politoloq: “İndiki halda Ermənistanın fiziki təhlükəsizliyi Paşinyanın davranışından asılıdır”

2023/12/59858-1701500928.jpg
Oxunub: 6104     14:22     02 Dekabr 2023    
“Azərbaycan hakimiyyəti belə qənaətə gəlib ki, Ermənistanla şifahi razılaşmalar nəticəsində 2022-ci ildə istədikləri hər şeyi əldə edə biliblər”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Beniamin Matevosyan deyib.

Onun sözlərinə görə, burada bir sual yaranır.

“Üçüncü tərəfin iştirakı onların nəyinə lazımdır, niyə onlar üçüncü tərəf qarşısında müəyyən öhdəliklər götürməlidirlər?”, - deyə Matevosyan qed edib.

Erməni politoloq xatırladıb ki, Praqa bəyannaməsi Rusiya üçün Ukrayna cəbhəsində çətin məqamda qəbul edilib.

“İndi isə Rusiyaya qarşı “dəmir pərdə” enir. Ona görə də indiki halda Ermənistanın fiziki təhlükəsizliyi Paşinyanın davranışından asılıdır. Hələlik biz 1920-ci il hadisələrini bundan irəli gələn bütün nəticələrlə fəal şəkildə təkrar yaşayırıq”, - deyə Matevosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin