“Hazırkı vəziyyətdə Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar başlaya bilər” - Rusiyalı politoloq

2023/07/1689664744.jpg
Oxunub: 2842     13:43     02 Dekabr 2023    
“Fələstin-İsrail münaqişəsinin böyük regional müharibəyə çevriləcəyini düşünmürəm, çünki döyüşlər kifayət qədər uzun müddətdir ki, gedir və bütün tərəflər ehtiyatlı davranır”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Aleksandrov deyib.

Onun sözlərinə görə, İran səs-küylü bəyanatlar verir, lakin indiyə qədər özünü yalnız etibarlı şəxsləri vasitəsilə sızdırmaqla məhdudlaşdırıb.

“Hizbullah” və digər İran hərəkatları tərəfindən böyük zərbələr olmayacaq, kiçik zərbələrin mübadiləsi isə heç nəyə təsir etmir. ABŞ də öz növbəsində İsrailə təzyiq göstərir ki, öz hərəkətlərinin miqyasını məhdudlaşdırsın. Təl-Əviv artıq fələstinlilərin Qəzza zolağından qovulmalı olduğunu demir. Ən azından amerikalılar bunun baş verməyəcəyini iddia edirlər və məncə belə olacaq. Bu fonda guya Bayden və Respublikaçılar arasında fikir ayrılıqları səbəbindən Vaşinqton tərəfindən İsrailə yardım göndərilməsi məsələsində mane var idi. Amma ABŞ Prezidenti istəsəydi, tez bu qərarı verər və kömək edərdi. Bunu ABŞ-nin müəyyən tələblərini yerinə yetirənə qədər İsrailə hərbi yardımı ləngitmək siyasəti adlandırmaq olar. Münaqişənin genişlənməyəcəyinə baxmayaraq, döyüş əməliyyatlarının özü uzun müddət davam edəcək”, - deyə Aleksandrov qeyd edib.

Aleksandrov hesab edir ki, hazırkı vəziyyətdə Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar başlaya bilər.

“Bu onunla bağlıdır ki, dünya ictimaiyyətinin diqqəti hətta Ukraynadan da yayınır və Cənubi Qafqaz ümumilikdə diqqətin periferiyasındadır. Ola bilsin ki, İran müdaxilə edə bilər, lakin o, səs-küylü bəyanatlar verir, amma məsələ işə çatanda Tehran bəzi simvolik jestlərlə məhdudlaşır. Bunu nəzərə alsaq, Tehranın müdaxilə edəcəyi qətiyyən fakt deyil. Rusiyadan nə gözlənilə biləcəyini bilmirəm. Rusiya Ermənistana qarşı tamamilə məsuliyyətsiz siyasət aparır”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin