“Nikol tarixdə ən yüksək antireytinqə malikdir” - Erməni ekspert

2022/09/1662189442.jpg
Oxunub: 6658     12:00     02 Dekabr 2023    
“Hakimiyyət, seçkilərə hansı tərkibdə və formada getməsindən asılı olmayaraq, “Sülh” və “Ədalətin bərpası” adlı iki ideya irəli sürəcək”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü, erməni ekspert Vahe Hovhannisyan “Facebook” səhifəsində yazıb.

Hovhannisyan qeyd edib ki, Nikolun bütün son ictimai çıxışları bununla bağlı olub və o, əslində seçkiqabağı mərhələsindədir.

“Onun deməyə başqa sözü yoxdur. Birincisi Azərbaycanın bütün tələblərinin yerinə yetirilməsini, ikincisi isə “talan edilənin qaytarılması”nı nəzərdə tutur. Nikol tarixdə ən yüksək antireytinqə malikdir, bunu bütün sosioloqlar bilir, amma bu o demək deyil ki, xalqı yenidən aldatmaq mümkün deyil. Şərtlər eyni olarsa, tamamilə mümkündür. Nikol bu gün səhranın Baş naziridir, qarşısında heç nə yoxdur, ona görə nə istəyir deyir, seçkilər də eyni şəraitdə keçsə, uğur qazanacaq. Bu hakimiyyətin qalması Ermənistanın son səhifəsidir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin