“İtirilmiş Qarabağdan sonra bu, Ermənistanın suverenliyinə və gələcəyinə ağır zərbə olacaq” - Zakaryan

2023/04/harca-1680936632.jpg
Oxunub: 5346     10:47     02 Dekabr 2023    
“Nikolun baş nazirliyi dövründə yeni növbədənkənar seçkilərə icazə verilə bilməz”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının ali orqanının üzvü Artak Zakaryan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, itirilmiş Qarabağdan sonra bu, Ermənistanın suverenliyinə və gələcəyinə ağır zərbə olacaq.

“Faktdır ki, Nikol üç dəfə Ermənistanın Baş naziri vəzifəsinə seçilib. Birinci dəfə 2018-ci ildə may ayında Ermənistanda 2017-ci ildə qanuni seçkilər yolu ilə formalaşan hakimiyyəti zəbt etməklə. İkinci dəfə 2018-ci ilin dekabrında keçirilən növbədənkənar seçkilərlə. Üçüncü dəfə, 2021-ci ilin iyununda növbədənkənar seçkilər vasitəsilə. 2024-cü ildə yeni növbədənkənar seçkilərin keçirilməsi mövzusu yenidən Ermənistanın siyasi səhnəsində dolaşmağa başlayıb ki, bu da təbii olaraq planlaşdırılan təhlükəli yeni ssenaridən xəbər verir”, - deyə Zakaryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin