“Asisguard”ın hərbi vasitələrdəki innovativ həlli: “Sadak” (VİDEO)

2023/12/2023--1701496618.jpg
Oxunub: 7933     13:00     02 Dekabr 2023    
Türkiyə müdafiə sənayesinə innovativ məhsullar gətirən “Asisguard” hərbi vasitələr üçün müxtəlif sistemlər hazırlayır.

Ordu.az xəbər verir ki, sahədə xidmət edən təhlükəsizlik qüvvələrinin üstünlüyünü artırmaq üçün inkişaf etdirilən və IDEF-21 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilən hərbi vasitə həllərindən biri olan “Sadak” Daxili Danışma Sistemi (DDS), Siren Anons Sistemi (SAS) “Sadak” SAS və Sürücü İnformasiya Sistemi (SİS) olan “Sadak” SİS-dən ibarətdir.

Hərbi quru platformalarında istifadə üçün əməliyyat şəraitində platforma daxili personal üçün səsli rabitə təmin edən “Sadak” DDS icazə çərçivəsində xarici əməliyyat bölmələri ilə əlaqə saxlayır.

“Sadak” DDS aşağı səs-küylü rabitə təklif edir, daxili söhbəti və radiostansiyanı eyni anda dinləmək imkanı verir.

Quru və dəniz platformaları üçün hərbi standartlara uyğun olaraq hazırlanmış “Sadak” SAS şəxsi heyətin vasitənin içindən xarici mühiti dinləməsinə və anons verməsinə imkan verir.

“Sadak” SİS vasitənin mühərrik məlumatlarını (vasitənin sürəti, mühərrik sürəti, mühərrikin soyuducu suyunun temperaturu, mühərrik yağının temperaturu, işləmə müddəti), personalın təhlükəsizlik kəmərinin vəziyyəti məlumatı, mina kilidi vəziyyəti məlumatı, partlayışın qarşısının alınması sisteminin vəziyyəti məlumatlarını tək monitorda istifadəçiyə təqdim edir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sadak   Asisguard  


Bizi "telegram"da izləyin