Niderland müdafiə naziri: “Avropa olaraq biz silah və sursat istehsalını sürətləndirməliyik”

2023/12/2023--1701496509.jpg
Oxunub: 3638     12:40     02 Dekabr 2023    
Niderlandın müdafiə naziri Kaysa Ollonqren Berlin Təhlükəsizlik Konfransı çərçivəsində almaniyalı həmkarı Boris Pistorius ilə görüşərək, ikitərəfli əlaqələr və müdafiə sahəsində beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.

Ordu.az xəbər verir ki, görüş çərçivəsində Niderland ilə Almaniya arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün müqavilə imzalanıb.

Ollonqren Avropa müttəfiqlərini Rusiya və digər təhdidlərə qarşı effektiv çəkindirmə üçün müdafiə investisiyalarını artırmağa çağırıb.

“Avropa olaraq biz silah və sursat istehsalını sürətləndirməliyik”, - deyə o qeyd edib.

Ollonqren Avropa ölkələrinin çəkindirmə üçün yenidən hərəkətə keçmələrini istəyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   MN  


Bizi "telegram"da izləyin