Əli Baran: “Cənubi Koreya və BƏƏ şirkətlərini Türkiyəyə çiplərə sərmayə qoymağa dəvət edirik”

2023/12/2023--1701496326.jpg
Oxunub: 2735     12:09     02 Dekabr 2023    
13-17 noyabr 2023-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow”da Türkiyənin müdafiə sənayesi şirkətlərindən biri olan “Yongatek” ilk dəfə iştirak edib.

Ordu.az xəbər verir ki, Türkiyənin çip sahəsində inkişafına töhfə verən “Yongatek” 5 gün ərzində BƏƏ-də intensiv görüşlər keçirib.

“Yongatek” baş direktoru Əli Baran “Dubai Airshow”da jurnalistlərə mühüm açıqlamalar verib.

“Yongatek” olaraq biz ilk dəfə “Dubai Airshow”da iştirak etdik. Burada əməkdaşlıq etdiyimiz və işləmək istədiyimiz şirkətlər var”, - deyə o qeyd edib.

Əli Baran bildirib ki, BƏƏ üçün hazırladıqları çipi 2024-cü ilin martında istehsal edəcəklər və hazır edəcəklər.

“Birləşmiş Ərəb Əmirliklərində əməkdaşlıq etdiyimiz şirkət var. Bir ilə yaxındır ki, birlikdə işləyirik. Onlar üçün çip hazırladıq. Çip 2024-cü ilin martında istehsal olunacaq, hazır olacaq və bu barədə həmin şirkət məlumat verəcək. Bundan başqa bizimlə işləmək istədiklərini bildirən daha iki şirkət var və danışıqlarımız davam edir. Biz bu şirkətlərin sayını artırmaq istəyirik. “Yongatek” olaraq ixracat üçün müəyyən işlər görürük. Xüsusilə Cənubi Koreya çip sənayesində çox inkişaf etmiş bir ölkədir. Oradakı şirkətlərlə də əlaqə saxladıq. Eyni şəkildə BƏƏ-nin də bu kontekstdə çox mühüm bir məqamı var. Çünki bu ölkədə çip sənayesində fəaliyyət göstərən şirkətlər var. Biz onlarla da görüşürük. Bu şirkətləri Türkiyəyə dəvət edirik və onların Türkiyədə sərmayə qoymalarını və ya təşkilatlanmalarını istəyirik. Çünki Türkiyənin çip sahəsində sürətlə inkişafa və investisiya almağa ehtiyacı var. Cənubi Koreyadan “Samsung” və BƏƏ-dən “Global Founder” şirkətlərini Türkiyəyə sərmayə qoymağa dəvət edirik. Çünki Türkiyənin çip istehsalında böyük potensialı var. Əhəmiyyətli sayda məhsul istehsal edən şirkətlər var. Bu kontekstdə işlərimiz və müzakirələrimiz intensiv şəkildə davam edir. Düşünürəm ki, bunlarla bağlı nəticələr tezliklə görünməyə başlayacaq”, - deyə “Yongatek” baş direktoru əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   BƏƏ  


Bizi "telegram"da izləyin