Azərbaycan ABŞ şirkəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

2023/08/50535-1693229560.jpg
Oxunub: 4435     17:12     01 Dekabr 2023    
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə ABŞ-ın “Fortinet” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Ordu.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar ETX-nin rəisi Samir Rəsulov ilə “Fortinet”in regional satış meneceri Şaiq Səmədov arasında görüş keçirilib. Görüşdə bildirilib ki, bu sənəd hər iki şirkət arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinə yol açacaq. Belə ki, Anlaşma Memorandumunun məqsədi ölkə səviyyəsində kibertəhdidlərin müəyyənləşdirilməsi, kiberinsidentlər barədə məlumat mübadiləsinin təşkil edilməsi, bununla bağlı birgə fəaliyyətin həyata keçirilməsi üçün əməkdaşlığın qurulmasıdır.

20 ildən artıqdır ki, fəaliyyət göstərən “Fortinet” qlobal şirkətlər, xidmət təminatçıları və dövlət qurumları üçün kibertəhlükəsizlik və şəbəkə təhlükəsizliyinin təmin edilməsi üzrə məhsulları və müvafiq xidmətləri təklif edən nüfuzlu şirkətlərdən biridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   ABŞ   Kibertəhlükəsizlik  


Bizi "telegram"da izləyin