İsrail qəsəbəsi atəşə tutulub, 5 hərbçi yaralanıb

2023/10/1698383687.jpg
Oxunub: 6880     16:39     01 Dekabr 2023    
İsrailin Nirim qəsəbəsi yaxınlığında minaatanlardan açılan atəş nəticəsində 5 hərbçi yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, yaralıların üçünün vəziyyəti ağırdır. Onlar hospitala yerləşdirilib.

Qeyd edək ki, İsrailin Nirim qəsəbəsi Qəzza zolağı ilə sərhəddə yerləşir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Nirim  


Bizi "telegram"da izləyin