Ermənistan yeni müharibəyə hazırlaşır: Səngərlər qazılır - FOTOFAKT

2023/12/msg-1-1701431882.jpg
Oxunub: 2428     15:31     01 Dekabr 2023    
Revanşizmi dövlət siyasətinə çevirən Ermənistan səngərlər qazaraq yeni müharibəyə hazırlaşır.

Ordu.az "Trend"ə istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

İkinci Qarabağ Müharibəsindən sonra "sülhsevər" maskası taxaraq dünyaya barışıq mesajları ötürür, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirir. Fransadan aldıqları silahlarla revanşist davranışlarını artıran Ermənistanın niyyəti ilə söylədiklərinin üst-üstə düşmədiyi açıq aydın görünür.

Bir tərəfdə "sülh"dən danışıb, silahlanan, səngərlər qazan, yeni müharibəyə hazırlaşan Ermənistan, digər tərəfdə isə Ermənistana sözdə yox, əməldə barış əli uzadan, region sülh və sabitlik üçün çalışan Azərbaycan var. İndiyə qədər revanşizmdən bir nəticə almayan, əksinə dəfələrlə məğlubiyyətə uğrayan Ermənistan bu addımların bir sonu olduğunu nəzərə almalıdır.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin