İspaniyada helikopter qəzaya uğrayıb

2023/12/1701427024.jpg
Oxunub: 4492     14:21     01 Dekabr 2023    
İspaniyanın paytaxtı Madriddə helikopterin qəzaya düşməsi nəticəsində yaralananlar var.

Ordu.az xəbər verir ki, məlumatı “El Mundo” yayıb.

Məlumata görə, helikopter aviasiya sərgisində iştirak edib. Bildirilib ki, ekipaj üzvlərindən biri omba nahiyəsindən zədə alıb, o biri isə yüngül xəsarət alaraq helikopterdən sərbəst şəkildə çıxıb.

Qəzaya güclü küləyin səbəb olması dəqiqləşdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Helikopter  


Bizi "telegram"da izləyin