Ermənistan TŞ katibinin diqqətdən kənar Tbilisi səfəri – 2 Vacib Nüans

2023/11/1700032127.jpg
Oxunub: 1246     17:29     01 Dekabr 2023    
Noyabrın 28-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Gürcüstana gedib və məlumatlara görə, orada işgüzar görüşlər keçirib. Armen Qriqoryanın Gürcüstana səfəri iki hal fonunda xüsusilə izlənilməlidir. Bir neçə gün əvvəl Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Mərkəzi Asiyanın iqtisadi perspektivləri ilə bağlı konfransda iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakıya dəvət olunub.

Ötən günlərdə isə Bakıda Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli formatda görüşü baş tutub, bundan sonra tərəflər əməkdaşlığın dərinləşdirilməsi əzmində olduqlarını bəyan ediblər, bu yolda qarşıya qoyulan məqsədlər arasında regional sabitliyi qeyd ediblər. Bu qeyd, şübhəsiz ki, kifayət qədər geniş şərh mövzusudur. Bu çərçivədə Fransadan Ermənistana hərbi yüklərin Gürcüstan ərazisindən keçməsi ilə bağlı Azərbaycanın səsləndirdiyi haqlı narazılığı da buna əlavə etmək lazımdır. Azərbaycan xatırladıb ki, Fransanın bu tədarükləri regional sabitliyə təhlükədir.

Bakıdakı üçtərəfli görüşdən sonra Ermənistan Təhlükəsizlik Şurası katibinin İrəvana səfəri Gürcüstanın tranzit rejimi ilə bağlı əhval-ruhiyyəsinin və niyyətinin dəyişmədiyinə əmin olmaq üçün fürsət ola bilər. Eyni zamanda, təbii olaraq Gürcüstanla bağlı “paralel xətt” də var. Burada Tbilisi təkcə Ermənistan-Fransa hərbi-texniki sövdələşməsinin maddi-texniki bazasının əsas hissəsi deyil, həm də Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə müzakirələri üçün, belə demək mümkünsə, müəyyən qeyri-rəsmi platformadır.

Bu baxımdan maraqlıdır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Ermənistanın hələ sentyabrda Azərbaycanın təqdim etdiyi təkliflərə cavab olaraq sülh müqaviləsi ilə bağlı təkliflərini Bakıya ötürdüyünü bəyan etməsindən sonra Tbilisiyə gedib. Qriqoryanın Gürcüstanda ən azından Azərbaycanın ilkin reaksiyası ilə tanış olduğu istisna edilmir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan     Tbilisi  


Bizi "telegram"da izləyin