Bayramov diplomatik təcriddən çıxmaq üçün Lavrova dəstək verəcək? – BAXIŞ BUCAĞI

2023/12/bayra-1701419093.jpg
Oxunub: 998     15:23     01 Dekabr 2023    
Qərb mətbuatında ABŞ dövlət katibi Blinkenin ötən gün Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Osmaninin təşkil etdiyi rəsmi şam yeməyinə qatıldığı, daha sonra Skopyeni tərk etdiyi barədə məlumatlar yayılıb.

Təsdiqlənməmiş məlumatlara görə, o, Qüdsə gedib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, eləcə də Azərbaycanın xarici işlər naziri Bayramov Skopyedə səfərdədir.

Bu çərçivədə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmayıb. Ermənistan xarici işlər naziri Mirzoyan və ABŞ dövlət katibi Blinken ötən gün Skopyedə görüşüblər. Sonuncu artıq Skopyedə olmadığı üçün onun Azərbaycanın xarici işlər naziri ilə görüşü baş tutmayacaq. Dövlət katibi Blinkenin Ermənistan Baş naziri və Azərbaycan Prezidenti ilə telefon danışıqlarından sonra belə vəziyyətin müşahidə olunması diqqət çəkir.

Dövlət katibi Blinken Bayramovla görüşmək istəməyib, yoxsa Bayramov imtina edib? Əgər Blinken Azərbaycan xarici işlər nazirinin ertəsi gün, artıq Şimali Makedoniyanı tərk edərkən Skopyeyə gələcəyini bilirdirsə, Ermənistan Baş naziri Paşinyanla telefon danışığından sonra xarici işlər naziri Mirzoyanla nəyi müzakirə edib?

Bəs ATƏT-in Xarici İşlər Nazirləri Konfransı çərçivəsində Lavrov-Bayramov görüşü planlaşdırılırmı? Üç Baltikyanı ölkə ümumilikdə Skopyeyə getməkdən imtina edib. Ukrayna çox güman ki, ABŞ-dən nümunə götürəcək, Polşanın xarici işlər naziri orada olsa da, o, Lavrovla bir masa arxasında oturmaqdan imtina edib.

İstənilən ölkənin belə konfranslarda iştirakı ikitərəfli təmaslarda da önə çıxır. Macarıstan istisna olmaqla hər hansı bir Avropa ölkəsinin xarici işlər nazirinin Lavrovla çətin ki, müzakirə edəcək məsələsi var. Azərbaycan diplomatik təcriddən çıxmaq üçün Lavrova dəstək verəcəkmi? Türkiyə və Qazaxıstan da ATƏT-in üzvüdür. Fidan-Lavrov görüşü mümkündür. Ötən gün Türkiyə Prezidenti Təhlükəsizlik Şurasının iclasını çağırıb və orada Ermənistan-Azərbaycan, Türkiyə-Azərbaycan münasibətləri məsələsi də müzakirə olunub.

Yaranmış yüksək rəqabət şəraitində, çox güman ki, ATƏT Xarici İşlər Nazirləri Konfransı heç bir mühüm qərar və ya razılaşdırılmış bəyanat qəbul etməyəcək. Üstəlik, müzakirələr tərəfləri daha da uzaqlaşdıracaq. Ukrayna cəbhəsində Rusiya vəziyyəti stabilləşdirib, Kiyevin əks-hücumları, yumşaq desək, istənilən nəticəni verməyib. Hətta Qərb ekspertləri Ukrayna silahlı qüvvələrini “çox sərt qışın gözlədiyini” proqnozlaşdırırlar.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayramov   Lavrov   Blinken  


Bizi "telegram"da izləyin