Yaponiya “CV-22 Osprey” tiltrotorlarının təhlükəsizliyinin təsdiqlənməsini istəyib

2023/12/1701418194.jpg
Oxunub: 3017     17:45     01 Dekabr 2023    
ABŞ ordusunun “CV-22 Osprey” tipli nəqliyyat tiltrotorunun qəzaya uğramasından sonra Yaponiya bu vasitələrin təhlükəsizliyinin təsdiqlənməsini istəyib.

Ordu.az xəbər verir ki, ölkənin cənubunda qəzaya uğrayan ABŞ ordusuna məxsus “CV-22 Osprey” tipli nəqliyyat tiltrotorlarının etibarlılığı Yaponiya ictimaiyyəti tərəfindən şübhə altına alınır.

Yaponiyanın müdafiə naziri Kihara Minoru açıqlamasında ABŞ-ni bu tiltrotorların təhlükəsizliyini təsdiqləməyə çağırıb.

Kihara qeyd edib ki, qəzada nəqliyyat tiltrotorda olan hərbçi həlak olub.

Müdafiə Nazirliyindən verilən açıqlamada bu tiltrotorların hələlik yerdə saxlanılacağı bildirilib.

Paytaxt Tokionun qərbində yerləşən “Yokota” aviabazasına məxsus “Osprey” tipli tiltrotor ötən günlərdə ölkənin cənubundakı Yakuşima adasının sahillərində radarlardan itib.

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) adi təlim missiyası zamanı baş verən qəzanın səbəbinin araşdırıldığını açıqlayıb.

Helikopter kimi qalxıb enə bilən, təyyarə kimi havada hərəkət edə bilən “Osprey” vasitələrinin xaricdə və Yaponiyada qəza rekordları var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   CV-22-Osprey  


Bizi "telegram"da izləyin