Yunanıstan ABŞ-dən əlavə C-130 hərbi nəqliyyat təyyarəsi almağı müzakirə edir

2023/12/1701418146.jpg
Oxunub: 6359     17:30     01 Dekabr 2023    
Yunanıstan əlavə C-130 hərbi-nəqliyyat təyyarələrinin alınması üçün ABŞ rəsmiləri ilə danışıqları davam etdirir.

Ordu.az xəbər verir ki, Yunanıstan Silahlı Qüvvələrinin nəqliyyat təyyarələrinin qeyri-kafi olması məlum bir vəziyyət idi və davamlı olaraq həll yolu axtarılırdı.

Yunanıstanın xilasetmə missiyasının dinc sakinlərin təxliyyəsinə kömək etmək üçün Türkiyəyə, daha sonra isə Sudana təhlükəsiz uça bilməməsindən sonra problem geniş vüsət alıb.

Türkiyəyə gəlincə, Yunanıstan missiyası nəinki Türkiyə şəhərlərinin dağıntıları altında qalanlara kömək edə biləcəyi qiymətli saatlarını itirib, həm də ağır texnika daşıya bilməyən C-27 ilə Adanaya gedərkən, vasitəni Elefsinada tərk etməli olub.

Məsələ yenidən müzakirə edilib və indiyə qədər dondurulmuş prosedurlar işə salınıb.

Bu hadisələrdən sonra Baş nazir Yunanıstan hərbi səlahiyyətlilərinə nəqliyyat təyyarələri parkını yeniləmək məqsədilə ən yaxşı və ən sərfəli həll yollarını axtarmaq üçün “yaşıl işıq” yandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   ABŞ  


Bizi "telegram"da izləyin